Qafqazın “qaz kralının” və senator oğlunun daha üç qətldə əli var - İÇİB SƏRXOŞ OLANDA AĞZINDAN QAÇIRIB Kİ...

Baxış sayı:
10654

Rusiya Federasiya Şurasının Qaraçay-Çərkəz muxtar respublikasından senatoru, ötən həftə həbs edilən Rauf Araşukovun və atası, Qafqazın “qaz kralı” sayılan Raul Araşukovun daha üç qətldə əli var. Virtualaz.org xəbər verir ki, bu barədə Qafqaz respublikasının rəhbərliyindəki mənbə bildirib.

Mənbə deyib ki, 1990-cı illərin sonlarında Ukraynanın Donetsk şəhərində biznesmen Boris Xapsirokov güllələnib. 2003-cü ildə isə Çerkessk şəhərinin istintaq təcridxanasının rəisi Həsən Canayev öldürülüb. 2006-cı ildə Rusiya prezidenti administrasiyasının rəhbərinin köməkçisinin mühafizə xidmətinin rəisi Əli Afaunovun ölümü də Araşukovlarla bağlıdır.

“Boris Xapsirokov Raula kömək edib ki, “Qazprom”la Qaraçay-Çərkəzdə qaz boruları istehsal edən zavod arasında müqavilə bağlasın. Lakin Araşkov Xapsirokova çatası pulu atmaq qərarına gəlir. Yemək-içmək mərasimi zamanı bu informasiya üzə çıxır və Xapsirokov ata-Araşukovu vurur. Bu hadisələrdən çox tezliklə sonra Xapsirokovu öldürürlər, ona Donetskdə arxadan atəş açıblar”-mənbə deyib.

İstintaq təcridxanasının rəisinin öldürülməsi isə onun xidməti vəzifəsi ilə bağlı olub. Belə ki, rəis Araşukovun yaxınlarının saxlanma şəraitini sərtləşdirib. Daha sonra Rauf əvvəllər onun şəxsi mühafizəsinin rəisi olmuş Əli Afaunovu aradan götürməyi qərara alıb. Çünki Afaunov onu tərk edərək Rusiya prezidenti administrasiyasında işləyən Nazir Xapsirokovun yanına getmişdi.

“Ata-Araşukov Xapsirkovun vasitəsi ilə öz adamlarını qaz sahəsində hər yerə yerləşdirmişdi. Onlar gah mübahisə edirdilər, gah barışırdılar. Və belə mübahisələrdən birində Nazir mühafizəçisi Afaunova tapşırır ki, bir daha Raul Araşukovu onun yanına buraxmasın. Bir dəfə Raul Mineralnıe Vodı aeroportuna gəlib və orada harasa uçan Naziri görür, onunla görüşüb barışmaq istəyir. Lakin Afaunov Araşukovu şefin yanına buraxmamaq barədə əmr aldığı üçün o Raula kobud formada cavab verir, yaxasından tutub çəkir. Oğlu Rauf bunu atasına qarşı şəxsi təhqir hesab edir və Afaunovu öldürmək üçün killer tutur. Və Afaunovu güllələyirlər”-mənbə nəql edib.

Mənbə deyir ki, Araşukovların bu qətllərdə əli olması onların özlərinin məclisində, “sərxoş orgiyalarda” üzə çıxıb. Rauf Araşukov bərk sərxoş halda öldürülənləri nəzərdə tutaraq deyib ki, onların yoluna çıxanların axırı belə olur.

Rusiya İstintaq Komitəsi hələlik Rauf Araşukovu 2010-cu ildə törədilmiş iki qətldə ittiham edir. Bunlar Qaraçay-Çərkəzdəki gənclər hərəkatının sədr müavini Aslan Jukovun və bu respublika prezidentinin müşaviri Fral Şebzuxovun qətlidir.

Senatoru yanvarın 30-da birbaşa Federasiya Şurasının iclasında qandallayıblar. Həmin gün onun atası, “Qazprom mejregionqaz” şirkətinin baş direktorunun müşaviri Raul Araşukovu Sankt-Peterburqdakı ofisində tutublar. İstintaq Komitəsi bildirir ki, o 2002-ci ildən mütəşəkkil cinayətkar qruplaşma yaradara 31 milyard rubl dəyərində qaz mənimsəyib.