“QAFQAZIN İSRAİLİ” KONSEPSİYASI:valideyn olmaq istəyən yəhudi cütlüklər niyə məhz Gürcüstana üz tutur?

Baxış sayı:
5788

Belen Fernandes

“Middle East Eye”

Avqust ayında “Georgia Today” – keçmiş sovet respublikasının ingilisdilli qəzetində dərc edilmiş “Gürcüstan – Qafqazın İsraili” adlı təhlillə nəzərə alınmalı bir konsepsiyanı nümayiş etdirilib. İsrailin sabiq baş naziri Qolda Meirdən sitatlar gətirilməklə, məqalədə iddia olunub ki, “ölü və acınacaqlı, pis görünüşə sahib olmağımızdan imtina etsək… Gürcüstan-ABŞ ikitərəfli münasibətlərinin daha da inkişaf etdirilməsi”nin perspektivləri var.
Uğurlu inkişaf “Georgia Today”-in nəzərincə, ABŞ və İsrail arasında tərəfdaşlıq modelindədir, başqa sözlə, “Qafqazın İsraili” olmaqla mümkündür.

ABŞ ambisiyalarının nökəri

Konsepsiya özlüyündə yeni deyil. 2008-ci ilə qədərki müddəti, Gürcüstanın Cənubi Osetiyaya hücumunu və Gürcüstanla Rusiya arasındakı beşgünlük müharibə xatırlayın.
“Elektron İntifada”nın təmsilçisi Əli Abunima qeyd edir ki, keçmiş illərdə İsrail silah təchizi və döyüş təliminə yüz milyonlarla dollar xərcləməklə, bu regionda ABŞ ambisiyalarının sadiq qulu kimi Gürcüstan hökumətinin Qafqazın İsraili rolunu oynayacağına ümid edib.
Bu ambisiyalar arasında “Rusiyanı əhatə edən daha geniş ABŞ sxemi” mövcud olub. Əsl İsrailin Qafqaz ölkəsinə təlim xidmətlərini İsrailin Şin Bet gizli xidmətindən olan məmurlar, yəni onilliklərlə işğal edilmiş ərazilərdə məhkəmə hökmü olmadan fələstinliləri edam edən və işgəncələrə məruz qoyan zabitlər, habelə İsrail polisi və İsrailin böyük silah şirkətləri həyata keçirib.
2008-ci ildən sonra İsrailin silah istehsalçısı “Elbit Systems” şirkətinin Gürcüstan paytaxtında bir fabrik açması İsraillə və Gürcüstan arasında geosiyasi paralellər çəkilməsi səylərini asanlaşdırıb.
2017-ci ilin dekabrında “Jerusalem Post”-da dərc edilmiş təhlildə qeyd olunub ki, “Gürcüstan və İsrail çətin qonşuluqlara sahibdir. Rusiya Gürcüstanın iki əyalətini – Abxaziya və Cənubi Osetiyanı işğal edib. İsrail isə Suriya sərhədi yaxınlığında əsgərlərini yerləşdirən İranın təhdidi ilə üzləşib”. Halbuki işğal haqqında danışmaq istəyiriksə, İsrail dövləti bunun sinonimidir: uzun onilliklər boyu o, təkcə Fələstin deyil, Suriya torpaqlarını da işğal edib.

Turizm axını

“Post”-un məqaləsində Gürcüstanın digər sahələrində, o cümlədən yüksək texnologiya, kənd təsərrüfatı və kibertəhlükəsizlik kimi sferalarda İsrail maliyyəsi üçün çox sayda maraqlı imkanların olduğu vurğulanıb. Bundan başqa, Gürcüstanda İsrailin daşınmaz əmlaka sərmayə qoyuluşları çoxalır və hər il Gürcüstana israilli turistlərin sayı artmaqdadır.
Əslində, bu yaxınlarda Gürcüstana səfərimdə Tiflisdə gördüyüm İsrail bayraqları “Qafqazın İsraili” üçün çox gözəl bir təsvirdir.
İsrailin beynəlxalq imicini gücləndirmək və “Boykot, Ləğv və Sanksiyalar” Hərəkatının (BDS) qarşısını almaq məqsədi ilə yaradılan “Israel House” – “İsrail Evi” “hasbara”, yəni ictimai diplomatiya üçün pilot layihə hesab edilir.
2016-cı ildə “İsrail Ev”i Tiflisdə İsrail Knessetinin, AİPAC və digər xeyriyyə təşkilatlarının dəstəyi ilə “müasir antisemitizm hərəkatı” adlandırılan BDS-ə qarşı keçirilən “hasbara” üzrə “Birinci Beynəlxalq Forum”a yardım göstərib.

Strateji tərəfdaşlıq
 
Bu ilin may ayında ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı açılış mərasimində iştirak edən sadiq ölkələr arasında Gürcüstan da vardı.
Gürcüstanda israillilərə göstərilən hərtərəfli xidmətin daha ucuz, populyar növü mövcuddur.
İsrail və Gürcüstan arasında beynəlxalq surroqat analıq sənayesi üzrə postdoktoral tədqiqat aparan Siqqi Vertommen İsrail surroqat analıq agentlikləri və Gürcüstan klinikaları arasında “gəlirli” əlaqələri açıqlayıb: “İsraillin dini təlimlərlə formalaşan pronatalist mühiti, İsraildə / Fələstində yəhudi demoqrafik əksəriyyətini möhkəmləndirmək üçün sionist ehtiraslarını nəzərə alaraq, valideyn olmaq istəyən israilli cütlüklər Gürcüstanda surroqat ana axtarışındadır”.
Bununla bərabər, “Jerusalem Post”-un avqust tarixli məqaləsində Gürcüstanın İsraildəki səfiri Paata Kalandadzenin müsahibəsindən sitat gətirilir; “yəhudilər və gürcülər arasında 26 əsrlik dostluq” və İsraillə Gürcüstan arasında “güclü və möhkəm” əlaqələr vurğulanmaqla, İsrail və Gürcüstanın “eyni strateji mövqeyə malik olması” qeyd olunur.
Bir sözlə, qarışıqlıqlı xüsusi əlaqələr üçün kifayət qədər imkan var.
Tərcümə: Strateq.az