​Qafqaz yenə qarışır: Bir terrorçu məhv edildi

İnquşetiyanın Nazran rayonunun Yandar kəndinin yaxınlığında baş verən atışma nəticəsində bir silahlı şəxs polis tərəfindən məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.
Digər silahlı şəxsin isə binada mühasirəyə alındığı bildirilib.
Nazranda fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, bir neçə saat əvvəl sözügedən rayonda kamikadzenin özünü yol-patrul məntəqəsində partlaması nəticəsində 2 polis əməkdaşı yaralanmışdı.