Qadınları sevindirəcək bu qərar Azərbaycanın yaxınına kimi gəlib çıxdı – Bizdə də mümkündür?

Baxış sayı:
6361

Dünyanın bəzi ölkələrində qadınların xüsusi günləri ilə əlaqədar (Menstruasiya) onlara icazə verilməsi haqqında qərar imzalanıb. Bu sırada İndoneziya, Çin, Filippin, Yaponiya, Cənubi Koreya kimi ölkələrin adlarını qeyd edə bilərik. Bildirilir ki, İndoneziyada istər dövlət məmuru, istərsə də özəl sektorda çalışan qadınlar həmin vaxt ilk iki gün rəsmi icazə alırlar. Həmin günlər qadınlar işə getməsələr belə, onların pulu ödənilir. Bəzi ölkələrdə bu icazə ilə əlaqədar testlər və ya analizlər tələb olunur. Bildirək ki, artıq bu məsələ bizim yaxınımıza qədər gəlib çıxıb. Belə ki, Türkiyənin Tunceli şəhərində qadınların xüsusi günləri ilə əlaqədar onlara icazə verilməsi haqqında qərar imzalanıb. Görəsən, bu qərarın Azərbaycanda da imzalanması mümkündür? Mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan hüquqşünas Ellada Bayramova bildirib ki, belə bir qanunun qəbul edilməsi çox müsbət addım hesab olunardı: “Bizim qanunvericilikdə o heç cür tənzimlənmir. Bununla bağılı nə HR-larda, nə də kadrlar şöbəsində heç bir icazə ilə bağlı təlimatlandırma yoxdur. Bu çox ağrılı prosesdir və hər qadında eyni cür baş vermir. Bəzilərində çox ağrılı, bəzilərində isə normal keçə bilər. Əlbətdə ki, bununla bağlı icazə günləri olsaydı daha gözəl olardı. Çünki bu kimi vəziyyətlər qadında stressə səbəb ola bilər. Amma çox təəssüflər olsun ki, bizim əmək məcəlləmizdə belə bir maddə yoxdur. Bununla bağlı yaxın tarixlərdə heç bir qanun dəyişikliyi irəli sürülməyib. Bəlkə nə vaxtsa, kimsə bu məsələni qaldırsa, belə bir qanun qəbul oluna bilər və bunu əsaslandırmaqda çətin məsələ deyil. Ehtimal var, amma nə vaxt olacağı bəli deyil. Mən düşünürəm ki, bu qərar kimi qəbul olunsa çox yaxşı olar, qadınların bu dövrdə evdə olmaları daha yaxşı olardı”.