​Qadınlara ət parçası kimi baxan Tramp… - KOMİ

Baxış sayı:
7237

Donald Tramp prezident olmaq üçün əxlaqi baxımdan uyğun insan deyil.
Muxalifət.az xəbər verir ki, bu sözləri FTB-nin keçmiş rəhbəri Ceyms Komi ABŞ Prezidenti Donald Trampı sərt şəkildə tənqid etdiyi “Daha yüksək bir sədaqət” adlı kitabını təqdim edərkən deyib.
“Bizim prezidentimiz dürüst olmalıdır, ancaq bu prezident dürüst olmağı bacarmır. Donald Tramp qadınlarla ət parçası kimi davranan, böyük və ya kiçik hər mövzuda yalan söyləyən, ABŞ xalqının da buna inanmasını istəyən biridir”, - Komi bildirib.
Trampın onunla birlikdə çalışan hər kəsi ləkələyəcəyini qeyd edən Ceyms Komi vəzifədən kənarlaşdırılmadan əvvəl barəsində istintaq başlatdığı Maykl Flinn haqqında da danışıb. FTB-nin keçmiş rəhbəri Oval kabinetdə Trampın ondan Flinnlə bağlı istintaqı dayandırmasını istədiyini və bu vəziyyətin ədalətin əngəllənməsinə dair bir sübut olduğunu vurğulayıb.