Qadınla kişini bir-birinə bağlayan 8 SİRLİ ƏLAQƏ: onu yuxuda görürsünüz və qaynar ehtirasınız varsa... - FOTO

Baxış sayı:
387

Əvvəlki həyatda bir-birini tanıyan kişi-qadın münasibətlərinə adatən karmik əlaqələr deyirlər. Bununla belə keçmişdə bu münasibətlərin uğurla inkişaf edib-etməməsinin əhəmiyyəti yoxdur. Ola bilsin ki, bu insanlar ayrılıb və bir-birlərini bağışlamayıb... Odur ki, bu amil növbəti həyatlarında onları bir-birinə bir maqnit kimi çəkir. Onlara həmişəlik izdivac bağlamaq üçün daha bir şans verilir.
Publika.az bu yazıda oxucuları qadın və kişi münasibətləri arasında karmik əlaqələr olduğunu göstərən 8 əlamətlə tanış edib.
1. Sanki 10 ildir bir-birinizi tanıyırsınız

Bu yaxınlarda tanış olsanız da, sanki 100 ildir bir-birinizi tanıyırsınız, qarşılıqlı doğmalıq hiss edirsiniz. Mümkündür ki, siz keçmiş həyatınızda yaxın olmusunuz və köhnə səhvləri düzəldib qovuşamaq üçün sizə daha bir şans verilir.

2. Ortaq heç nəyiniz yoxdur

Göründüyü kimi çox az ortaq cəhətləriniz var - müxtəlif hobbi, dini inanc və ya böyük yaş fərqi olsa da, bu, münasibətlərə mane olmur və sizi bir-birinizə cəlb edən gizli nə isə var.

3. Güclü cazibə

Aranızda o qədər güclü bağlılıq və şiddətli cazibə var ki, bir-birinizdən hətta bir neçə saatlıq ayrı qala bilmirsiniz. Bu duyğulara nəzarət etmək iqtidarında deyilsiniz, bir-birinizi görəndə bütün bədənə istilik gəlir.

4. Tez qurulan münasibətlər

Münasibətləriniz tez inkişaf edir. Bu zaman bir neçə aylıq tanışlıqlar evliliklə nəticələnir.

5. Qaynayan ehtiras


 

Münasibətləriniz daha çox Braziliya seriallarına oxşayır. Tez-tez mübahisə edib ayrılsanız da, tez barışırsınız. Birdəfəlik ayrıla bilmirsiniz. Tale sizi təkrar-təkrar qarşılaşdırır.

6. Bir-birinizi yuxuda görürsünüz

Ayrılsanız da, yuxularda görüşməyə davam edirsiniz... Bu, həmişə şüuraltı olaraq onun haqqında düşündüyünüzü ifadə etmir. Bu, onu göstərir ki, aranızda daha dərin əlaqələr var və bu, karmik münasibətdir.

7. Asıllıq

Bu insanla tanış olana qədər çox aktiv və şən olmusunuz. Onunla münasibət qurduqdan sonra özünüzü tanımamağa başlayırsınız... Siz bu insandan elə asılı olmusunuz ki, onun fikirləri sizin üçün hər bir işdə əhəmiyyətlidir. Siz daha əvvəlki kimi müstəqil və sərbəst deyilsiniz.

8. Hər yerdə sizi işarələr izləyir

Ayrılsanız da, o insanı həyatınzıdan tamilə silmək imkansızdır. Onunla bağlı işarələr hər yerdə qarşınıza çıxır, işarələr sizi daim izləyir. Məsələn, ya onun adını tez-tez eşidir, ya yolla gedərkən qəfil istifadə etdiyi parfumun qoxusunu duyur, ya da ikinizin də sevdiyi mahnının melodiyaları qulağınızda səslənir. Bir sözlə, sevdiyiniz insanın obrazı gözəgörünmədən sizi hər yerdə izləyir.

Əgər yuxarıda sadalanan əlamətlərdən bir neçəsinin sizə aid olduğunu düşünürsünüzsə, böyük ehtimal ki, onunla münasibətləriniz karmikdir. Bu münasibətin başa çatması və ya davam etməsi əhəmiyyətsizdir. Tanışlığın həyatınzıda qoyduğu izləri qiymətləndirin: "Görüşdən sonra həyatınızda nə dəyişdi", "Bu münasibətdən nə öyrəndim", "Yeni münasibətlərdə hansı səhvlərə yol verməyəcəm” və s.

Bu suallara cavablar bu həyatda həll etməli olduğunuz karma vəzifələrdir. Həyat yollarınız kəsişdiyi üçün bu insana ruhən təşəkkür etməyi unutmayın. Yadda saxlayın ki, təsadüfi görüş bu dünyada ən qeyri-təsadüfi hadisədir...