Qadını zorlayıb pulunu apardılar — İMİŞLİDƏ DƏHŞƏT

Baxış sayı: 157

İmişli şəhərində dəhşətli hadisə baş verib.
 
İmişli şəhəri Şıxlinski küçəsi ev 1-də tək yaşayan qadın G.İ (ad şərtidir: avropa.info) 3 nəfər tərəfindən zorlanıb.
Hadisə iyulun 28-də gecə saatlarında baş verib. Yaşlı olmasına baxmayaraq ailə həyatı qurmamış G.İ-nin evinə daxil olan 3 nəfər masqalı şəxs qadının əl qolunu bağlayaraq onu zorlayıblar.
Oğurluq məqsədi ilə evə daxil olan şəxslər bununla yanaşı mənzildən 1000 manat da pul oğurlayıblar.
Faktı İmişli rayon polis idarəsindən də təsdiqləyiblər. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.