Qadını tanışını bıçaqla hədələyərək 500 manatını aldı – TUTULDU

 Bakıda qadını döyərək bıçaqla hədələyib pulunu almaq istəyən şəxs tutulub.
 
Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisində yaşayan Bakı şəhər sakini Səbuhə Abdullayevanın evinə girib onu döyərək bıçaqla hədələyib 500 manat pulunu almaqda şübhəli bilinən ev sahibəsinin tanışı - paytaxt sakini, əvvəllər məhkum olunmuş Təbriz İbrahimli tutulub.