Qadına qarşı zorakılıq edən şəxs hakim qarşısında - Narkotik ittihamı da var

Baxış sayı:
20365

Həmyerlisinə qarşı zorakılıq hərəkətləri etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı seksual xarakterli zorakı hərəkətlər etməkdə və narkotik istifadəsində ittiham edilən 1972-ci il təvəllüdlü Təvəkkül Zeynalovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iclası qapalı keçirilib.
Qeyd edək ki, hadisə Xaçmaz rayonunda baş verib.
İttihama görə, Təvəkkül Zeynalov Xaçmaz rayonunun Rəhmanlı kəndində həmyerlisi olan qadına qarşı zorakılıq hərəkətləri edib. Daha sonra isə kənddən çıxıb. Zərərçəkmiş Xaçmaz rayon Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Təvəkkül Zeynalov həbs edilib.
Təvəkkül Zeynalov Cinayət Məcəlləsinin 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham edilir.