Qadına qarşı hərəkət Monqolustanı qarışdırdı: İstefalar başladı - FOTO/VİDEO

Baxış sayı:
936

Monqolustanda qalmaqallı hadisə baş verib. Belə ki, uşaq dünyaya gətirən qadın COVID-19-a yoluxduğu üçün doğum evindən bir başa stasionara aparılıb. Bu zaman onun əynində isti geyim, hətta ayaqqabı olmayıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

 

Bildirilir ki, baş verənlərə görə Ulan-Batorda etirazlar başlayıb.

Artıq baş nazirin müavini və səhiyyə naziri istefaya yollanıb.

Prezident isə ümumiyyətlə hökumətin tam tərkibdə istefaya getməsi təklifini irəli sürüb.