Qadın terrorçulardan ŞOK ETİRAFLAR

Baxış sayı:
6262

Terror təşkilatı PKK/PYD tərəfindən zorla təşkilata daxil edilən və sakitləşdirici dərmanlarla saxlanılan uşaq və qadınlar yaşadıqları dəhşəti anladıblar. Terrorçu bir qadın, İŞİD terrorçularının PYD ilə birlikdə hərəkət edərək Türk əsgərlərinə bombalı tələ qurduğunun şahidi olduğunu deyib. Uşaq yaşdakı bir terrorçu isə onlara təlimin İranlı bir qrupun verdiyini bildirib.
 
Türk Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini terrorçulardan təmizləmək üçün başladığı və uğurla başa çatdırdığı “Zeytun Budağı” Hərəkatında sağ olaraq ələ keçirilən qadın və uşaq terrorçular təşkilatın iç üzünü anladıblar.
Terror təşkilatı PKK/PYD tərəfindən zorla təşkilata daxil edilən uşaqlar, təşkilat tərəfindən edam edilməkdən qorxanlara hər gün sakitləşdirici dərmanlar verildiyini bildiriblər. Bir qadın terrorçu isə təşkilatın İŞİD-lə birlikdə çalışdığına şahid olduğunu etiraf edib.
 
Hər gün sakitləşdirici dərmanlar verirlər
 
17 yaşlarındakı B.H. və N.S. zorla aparıldıqları yerdə yaşadıqları psixoloji işgəncə, peşmançılıq və qorxularını hələ də unuda bilmədiklərini söyləyiblər.
Qollarında dərin ülgüc izi olan və yaşadığı qorxuları Türk əsgərlərinə təslim olduqdan sonra anladan B.H. "PYD/YPG məni zorla orduya aldı. Ayrılmaq istədim, ancaq ölümlə təhdid etdilər. Mənim kimi bir çox adam ayrılmaq istəyirdi. Təşkilatda qorxu içərisində olan bir çox adam var. Qorxuları yatırmaq üçün məsuliyyətlilər hər gün sakitləşdirici dərmanlar verirlər. TSQ-yə təslim olduqdan sonra heç pis münasibət görməmişəm" deyib.
 
İŞİD PYD/YPG adına çalışırdı
 
Ailəsindən kimsəniterror təşkilatına almasınlar deyə PYD/YPGyə qoşulan F.Ş. ise, "PYD/YPG nümayəndələri təşkilata iqoşulmam üçün təzyiq etdilər. Maddi qazanc təmin etmək və ailəmdən başqa heç kimi məcburi olaraq təşkilata almalarını əngəlləmək üçün onlara qoşuldum. Asayiş orqanında çalışdım. “Zeytun Budağı” Hərəkatının başlaması ilə birlikdə münaqişə bölgəsinə aparıldım. Bölgədə 3 şəxsi bomba qurğusunu yerləşdirərkən gördüm. Bunlar İŞİD mənsubu olub, PYD/YPG adına çalışan insanlar idi. Bölgədə qarşıdurmalar davam edərkən TSQ-ya təslim oldum" deyə, etiraf edib.
 
Afrində İranlılar təlim verib
 
Münaqişədə yaşadığı qorxunu hələ də unutmayan 17 yaşlı Naime Saleh də, "Ailəvi problemlərdən dolayı PYD/YPG-yə qoşulmaq məcburiyyətində qaldım. Hasekədən avtomobil karvanı ilə rejimin nəzarətindəki bölgələrdən keçməklə Afrindəki münaqişə bölgələrinə aparılmışıq. Karvanda İranlılar da vardı. Afrinə çatanda İranlı ünsürlər tərəfindən təlimə götürüldük" deyə, söyləyib.
Müxalifət.az