Qadın terrorçudan etiraf: “Səmaya belə baxmağa qorxuruq”
Türk ordusu İraqın şimalına yönəlik müvəffəqiyyətli əməliyyatlarına davam edir. Bir qadın terrorçu TSQ-nin əməliyyatları ilə bağlı ifadəsində artıq hərəkət belə edə bilmədiklərini söyləyərək "Səmaya baxmağa belə qorxuruq" deyib.
Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, separatçı terror təşkilatından qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olan qadın terrorçunun verdiyi ifadələr təşkilatın düşdüyü çarəsizliyi gözlər önünə sərib.
Qadın terrorçu ifadəsində, Türk Silahlı Qüvvələrinin İraqın şimalına reallaşdırdığı müvəffəqiyyətli əməliyyatların təsirlərindən bəhs edərək atdıqları hər addımın, etdikləri hər hərəkətin təsbit edildiyini qeyd edib.
'Səmaya belə baxmağa qorxuruq'
Əvvəllər ağac altlarında və bənzəri yerlərdə gizlənə bildiklərini, indi isə hərəkət belə edə bilmədiklərini qeyd edən qadın terrorçu, "Başımızı qaldırıb səmaya belə baxmağa qorxuruq" deyib.
Bu acınacaqlı vəziyyəti terror təşkilatının sözdə rəhbərlərinə çatdırdıqlarını, ancaq onların da mağaradan çıxa bilmədiyini bildirən qadın terrorçu, bu səbəblə təşkilat içində narahatlıq, rəhbərliyin təlimatlarına uyğun gəlməmək, zidd hərəkət etmə, qruplar içində edamların artması, bunun nəticəsində də fərariliyin çox artdığını qeyd edib.
Müxalifət.az