Qadın sürücü yeraltı tünelə “protiv” girdi, DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ - BAKIDA

Bu gün səhər saatlarında “Gənclik”də qeyri-adi yol qəzası baş verib. Belə ki, boz rəngli “Hundai” markalı avtomobilin xanım sürücüsü “McDonald's” restoranının yaxınlığındakı yeraltı tunelə əks istiqamətdən daxil olub.
Hadisə şahidlərinin Muxalifet.az-a verdiyi məlumata əsasən, gənc xanımın bu kobud səhvi nəticəsində onun idarə etdiyi avtobil tuneldə öz yolu ilə hərəkət edən maşınla toqquşub.
Qəza nəticəsində sürcülərin xəsarət aldığı və hər iki avtomobilə ciddi zərər dəydiyi bildirilir.
 
Muxalifet.az