Qadın sürücü qadın PİYADANI VURDU

Bakının Suraxanı rayonunda qadın sürücü qəza törədərək piyadanı vurub. 
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Səttar Bəhlulzadə küçəsi ilə hərəkətdə olan "Mazda" markalı avtomobil idarəetməni itirərək əvvəlcə dirəyə çırpılıb, daha sonra isə yol kənarı ilə gedən 44 yaşlı Yusifova Nəzakət Nadir qızını vurub. 
Piyada müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. 
Hadisəni törədən sürücü saxlanılıb. Avtomobil isə cərimə meydançasına salınıb.