Qadın sürücü 7 yaşlı uşağı vurub

Murad Cəfərovun vəziyyəti ağırdır
 
Bakıda avtomobil 7 yaşlı uşağı vurub.
Hadisə Sabunçu-Maştağa-Kürdəxanı yolunun Pirşağı qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, şəxsiyyəti hələlik məlum olmayan qadın sürücü idarə etdiyi nəqliyyat vasitəsilə 2010-cu il təvəllüdlü Cəfərov Murad Vüqar oğlunu vurub. Nəticədə o, ağır xəsarət alıb.
Sürücü dərhal yaralını idarə etdiyi nəqliyyat vasitəsilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və xəstəxanadan uzaqlaşıb. Xəstəxanadan verilən məlumata görə, Murad Cəfərovun vəziyyəti ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.