Qadın qonaq getdiyi evdə özünü bıçaqladı - AĞSTAFADA

Baxış sayı:
1606

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Muxalifət.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Soyuqbulaq kəndində baş verib. Kəndə babası evinə qonaq gələn Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Mustafayeva Şəhla Fərman qızı özünə bıçaqla xəsarət yetirib. O dərhal xəstəxanaya aparılıb. Məlumata görə, Ş. Mustafayeva ruhi əsəb xəstəsidir.

Faktla bağlı araşdırma aparılır.