​Qadın futbolçu irqçi təzyiqlərə məruz qaldı

Baxış sayı:
580

İngiltərənin "Tottenhem" klubunun qadın futbolçusu Reni Hektor irqçiliyə məruz qalıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə 24 yaşlı müdafiəçi sosial şəbəkə hesabı vasitəsilə açıqlama verib.  
O, qadınlar arasında Federasiyası Kubokunda "Şeffild Yunayted"lə qarşılaşmada irqçi təzyiqlə üzləşdiyini bildirib. Hektor rəqib oyunçunun ona qarşı meymun səslərini çıxartdığını vurğulayıb: "Cavabı futbola buraxdım və qələbə qazandığımız üçün xoşbəxtəm".
İngiltərə Futbol Assossiasiyası məsələ ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, "Tottenhem" 2:1 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksəlib.