Qadın deputata söyüş və təhqirlər – Öz dilində yazdığına görə

Baxış sayı:
1249

Güney Azərbaycanın Təbriz şəhərindən İran parlamentinin deputatı Zəhra Sai fars millətçi qruplaşmasının üzvləri tərəfindən təhqir edilib.
Xanım deputatın təhqir edilməsinə səbəb onun İnstaqram səhifəsində Azərbaycan dilində paylaşım etməsi olub.
Zəhra Sainin paylaşımından qəzəblənən millətçilər onun ünvanına təhqiramiz ifadə və söyüş ünvanlayıblar.
Zəhra Sai oktyabrın 22-də İnstaqram səhifəsində azərbaycanlı güləşçi Pərviz Hadinin Macarıstanda keçirilən dünya çempionatında bürünc medal qazanması münasibətilə təbrik etmişdi:
“Xoşbəxtlikdən qeyrətli türk güləşçi Pərviz Hadi Azərbaycana daha bir uğur qazandırıb. O, dünya çempionatında bürünc medal alıb, bu, qızıl medaldan heç də az deyil. Pəhləvanın qeyrətinə salam olsun”./Teleqraf.com/