​Qadın bıçaqla aptekə hücum edib pul apardı - BAKIDA

Baxış sayı:
5179

Bakıda quldurluq etmiş qadın tutulub.
Hurriyyet.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gəlmiş naməlum şəxs orada işləyən qəsəbə sakini X.Nəcəfovanı bıçaqla hədələyib kassadan 165 manat aparıb.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aygün Əliyeva saxlanılıb.
Araşdırma aparılır.