Qadın iş adamının “Lamborgini”si azərbaycanlı blogerin “Gelandewagen”ini əzdi

Baxış sayı:
4354

Bu səhər Moskvanın mərkəzində - Arbatda 34 yaşlı iş adamı Qaliya Zinatullinanın idarə etdiyi və qiyməti 12 milyon rubl (180 min dollar) olan “Lamborgini Huracan” markalı elit avtomobil birdən birə bir neçə avtomobilə çırpılıb.

Xəsarət almış avtomobillərin arasında məşhur azərbaycanlı bloger Hüseyn Həsənovun “Gelandewagen” markalı maşını da var. Hadisə barədə ilk məlumatı da elə Həsənov öz bloqunda verib.

Bundan başqa, “Bentley”, “Mercedes” və digər markalı avtomobillər əzilib. Xəsarət alan yoxdur.