Qadın 3 yeniyetmənin soyğununa MƏRUZ QALDI - BAKIDA

Bakıda qadın yeniyetmələr tərəfindən soyğunçuluğa məruz qalıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən oktyabrın 3-də Bakı şəhər sakini olan bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər, Yevlax və Yardımlı rayonlarının sakinləri olan 3 yeniyetmə tutulub.