Qaçqınlara qucaq açan MERKEL HÖKUMƏTİNİN SONU YAXINLAŞIR?
20-11-2017 17:59

Muxalifət.az xəbər verir ki, Almaniyada Merkelin xristian-demokratları ilə yaşıllar partiyası arasında qaçqın məsələsində razılaşma əldə edildiyi dövrdə azad demokratların geri çəkilməsi ilə koalisiya görüşləri uğrusuzluğa uğrayıb. Almaniya ya yaxın tarixdə ilk dəfə azlıq hökuməti yolu ilə gedəcək, ya da ya erkən seçimlər nəticəsində Merkel dövrünün sonu çatacaq.
Almaniyada koalisiya danışıqları miqrasiya məsələsi üzündən uğursuzluğa düçar olub və bundan sonra nə baş verəcəyi maraq doğurur. Erkən seçkilər ehtimalının baş tutması isə Angela Merkelin 12 il davam edən və 16 ilə çatacağı gözlənilən baş nazirliyinin sona çatması demək ola bilər.