"Qaçqınkom" Ucarda ev istəyən məcburi köçkünün şikayətinə CAVAB VERDİ

Baxış sayı:
2437

Xəbər verdiyimiz kimi, qəsəbəsi işğaldan azad olunan məcburi köçkün Ucardan ev istəyir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Füzuli rayonu Horadiz qəsəbəsidən məcburi köçkün, Nəzərova Kiçikxanım Xanlar qızının şikayətinə münasibət bildirib.
Şikayətçi, Ucar rayonunda qaçqınlar üçün inşa olunan binadan ona ev verilməməsini tələb edirdi.
Dövlət Komitəsinin mətbuat katibi bildirib ki, Azərbaycan ordusu tərəfindən Füzuli rayonunun Horadiz qəsəbəsi erməni işğalından azad edildiyindən Nəzərova Kiçikxanım Xanlar qızının Horadiz qəsəbəsindəki evi tap bərpa edilib və ona öz evinə qayıtmaq təklif olunub
İbrahim Mirzəyev onu da bildirdi ki, Ucar rayonunda məcburi köçkünlərə yeni yaşayış sahəsinin verilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 saylı qərarı ilə təstiq edilmiş, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasına uyğun həyata keçirilir.