​Qaçqın və məcburi köçkünlərin tarixi yurdlarına qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunacaq – DƏYİRMİ MASA

Baxış sayı:
13793

Bu gün saat 14:00-da Bakı Mətbuat Mərkəzində Qərbi Azərbaycana (Ermənistana) qayıdış Birliyinin təşkilatçılığı ilə dəyirmi masa keçiriləcək.

Muxalifet.az xəbər verir ki, “İndiki Ermənistandan (Qərbi Azərbaycandan) yerli aborigen azərbaycanlı əhalinin deporatasiyası və soyqırımı tarixi, yurdlara qayıdış perspektivi” mövzusunda keçirilən dəyirmi masada Qərbi Azərbaycana Qayıdış Birliyinin üzvləri, deputatlar, alimlər, ictimai-siyasi xadimlər və digər vətəndaşlar iştirak edəcəklər.
Tədbirin sonunda Ermənistan qaçqınlarının problemlərinin həlli, qaçqın və məcburi köçkünlərin tarixi yurdlarına qaytarılması üçün Azərbaycanın dövlət orqanlarına, beynəlxalq təşkilatlara müraciət qəbul olunacaq.
Tədbirə KİV nümayəndələri dəvətlidir.

Muxalifet.az