Qaçqın düşərgəsi yandırıldı: 200 ailə... - DƏHŞƏTLİ HADİSƏ

Baxış sayı:
262

PKK/YPG terror təşkilatı Suriyanın Deyr-əz-Zor əyalətində yerləşən qaçqın düşərgəsini yandırıb.
Düşərgədə qalan 200 ailə ətraf kəndlərə qaçmağa məcbur olub.
Yerli qaynaqlardan əldə olunan məlumata görə, terrorçuların düşərgəni yandırma səbəbi təşkilatın bir üzvünün ölü tapılması və onun qisasının alınması olub.
Sözügedən düşərgədə rejimin nəzarətindəki bölgədən qaçanlar yaşayırdı.//Publika