Qaçaq şahzadə qız yaxalandı

Baxış sayı:
13030

Dubayda zorla saxlanıldığı saraydan qaçan Birləşmiş Ərəb Əmirliyinin dövlət başçısının müavini Məhəmməd bin Raşid Al-Mektumun qızı şahzadə Lətifə Hindistana 80 kilometr qalmış yaxalanıb.
 
İllərlə həbsxanada işgəncə gördüyünü və sarayda zorla saxlandığını deyən şahzadə Lətifə, Hindistana qaçarkən vahiməyə düşərək Whatsappdan mesaj atıb və bununla da təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən mühüm əmirliklərindən Dubayın baş naziri Muhəmməd bin Raşid Al-Mektumun qızı şahzadə Lətifə Al-Mektum, saxlanıldığı evdən qaçaraq Hindistana getməyə çalışıb.
Fransız bir casusun köməyi ilə yaxta ilə Dubaydan qaçan şahzadə Lətifə Hindistana 80 kilometr qalmış yaxtada təlaşa düşüb. Whatsapp-dan mesaj ataraq "Xahiş edirəm kömək edin. Yaxtanın ətrafında adamlar var. Silah səsləri eşidirəm və bir dostumla gizlənirəm" deyə yazan şahzadə, azadlığa çox az qalmış yaxalanıb.
 
“Dubaya getməkdənsə, məni öldürün”
 
Fransız casusu Jaubert, şahzadə Lətifənin yaxalandıqda Dubaya getməkdənsə, öldürülmək istəndiyini deyib. Tutulduğundan bu yana heç kəsin üzünü görmədiyi şahzadə Lətifənin aqibəti maraq mövzusu olub.
 
Güman etdiyiniz kimi azad deyil
 
Qeyd edək ki, 33 yaşlı şahzadə Cənubi Hind okeanında bir yaxtada çəkdiyi video materiallarla atasının lazım olanda ailə içində belə tətbiq etdiyi işgəncə metodlarını ifşa etmişdi. Şahzadə Lətifə videoda “Bizim əlimizdə güman etdiyiniz kimi heç bir azadlıq yox idi. Küçəyə çıxma qadağası vardı. Saraydan çıxanda müşahidə altında və evə müəyyən bir saatda dönməyə məhkum idim. Anam məndən (gündəlik etdiklərimizə dair) hesabat alırdı. Və əlbəttə sürücüdən hara getdiyimizi öyrənirdi. Sürücü bundan başqa, atamın ofisinə də bu hesabatları göndərirdi” deyə bildirmişdi.
 

“Atam həyatımda tanıdığım ən murdar, şərli insandır”
 
Video çəkilişdə Lətifə, “Atam həyatımda tanıdığım ən murdar insandır, mənə işgəncə edənlərdən biri "Atan bizə sənə işgəncə etməyimizi əmr edib” deyirdi. Atam həyatımda gördüyüm ən murdar, ən zərərli insandır. Atamın şəxsiyyəti pislikdən ibarətdir! Heç bir yaxşı şeyi saxlamır. Neçə-neçə insanların həyatını dağıdıb. Neçə-neçə insanları qətlə yetirib! Neçə-neçə insanları soyuqqanlılıqla qətlə yetirib. Atamdan qorxmuram. Hesabını verəcək” deyə bildirmişdi.
Müxalifət.az