Qaçan şahzadələrə sığınacaq verməyə hazırıq - HUSİLƏR

Biz kral ailəsinin bütün üzvlərinə və Ər-Riyadın təzyiqlərindən qaçmaq istəyən bütün Səudiyyə Ərəbistanı vətəndaşlarına sığınacaq verməyə hazırıq.
Bu barədə bəyanatı Yəməndəki qiyamçı husilər yayıblar.
"Səudiyyə Ərəbistanının istənilən vətəndaşı qardaş qonşu ölkəyə sevinclə qəbul olunacaq. Bu jestə heç bir siyasi mənfəət güdmədən can atırıq", - bəyanatda bildirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında kral ailəsi üzvlərinin həbsindən sonra bir çox şahzadənin ölkədən qaçdığı barədə xəbər yayılıb./Axar.az/