Qaçan məhbuslardan biri tutuldu - RƏSMİ

26 oktyabr 2017-ci il tarixdə Penitensiar Xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün öncə (23.10.2017) Bakı-Astara-Bakı dəmiryolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq, istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır.
Bu barədə xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumatda bildirilib.
Qeyd edək ki, Əli Rasim oğlu Ağami Şirvan şəhərində anadan olub.
Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.