Qabil Hüseynli: “Lavrov bütün qırmızı xətləri keçdi”

Baxış sayı:
8293

“Lavrovun əhali dedikdə orada yaşayan erməniləri nəzərdə tutur və beynəlxalq hüququ da ayaqları altına alıb, tapdalayır”. Bu fikri Musavat.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib: “Həmsədr dövlətin xarici işlər naziri İrəvanda keçirilən mətbuat konfransında danışıqlar prosesində Dağlıq Qarabağ xalqı da iştirak etməlidir. Bu xalq kimdir? 180 il bundan bundan öncə Dağlıq Qarabağa gətirilən ermənilər və oranın yerli əhalisi. Şuşanın min illik tarixi var. Orada yaşayan azərbaycanlıların da neçə min illik tarixi mövcuddur. Lavrov məlumdur ki, əhali dedikdə oradakı erməniləri nəzərdə tutur. Paşinyan bunun bağlı “Biz Arxasın adındna danışa bilmərik”, -dediyi zaman düşünürdüm ki, bu adamın əqli yerində deyil. Ancaq indi görürəm ki, onun qulağına bu fikirləri pıçıldayanlar varmış. Baş verənlər göstərir ki, həmin adamlar da Rusiya tərəfindənmiş. Rusiyanın bu mövqeyi ciddi şəkildə etiraz doğurmalıdır. Əlbəttə, Lavrov özbaşına bu cür danışmazdı. Dağlıq Qarabağın iki icması var-erməni və Azərbaycan icması. Azərbaycan icması burada Azərbaycan ərazisinə səpələnib. Ancaq onları təmsil edən insanlar var. Qarabağ icması şəklində fəaliyyət göstərirlər. Bəyəm Lavrovun gözü kordur? Lavrov görmür ki, hər zaman Dağlıq Qarabağda iki millət yaşayıb? Ermənilər də ora gəlmədirlər və bunu da hər kəs anlayır. Ona görə də Dağlıq Qarabağdakı ermənilər Azərbaycan dövlətçiliyinə qarşı qiyam qaldırmış siyasi ermənilər, separatçılardır. Bunu da bütün dünyaya Azərbaycan belə bəyan edib. Bu məsələ, Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunduğu üçün hiddətlə qınanmalıdır. Nə haqla, hansı hüquqla Rusiyanın xarici işlər naziri belə bir bəyanatda bulunub və guya danışıqlar prosesinə Dağlıq Qarabağ ermənilərinin daxil edilməsini bir növ razılaşdırılmış kimi qələmə verir. Dağlıq Qarabağ erməniləri də dedikdə o, sözsüz ki, separatçı rejimin başçılarını nəzərdə tutur”. Politoloq qeyd edib ki, bütün bunların hamısı hədyan söhbətlərdir: “Son zamanlar təəccüb edirəm ki, Amerikada, Rusiyada paralel sürətdə separatçı rejimin leqallaşması, de-yure tanınması istiqamətində müəyyən addımlar atılır. Məsələn, separatçı rejimin qondarma xarici işlər nazirini Amerikaya gedib, orada Konqresdə çıxış etməsi, ardınca Lavrovun quş kimi uçaraq İrəvana gəlməsi və orada belə bəyanat verməsi, qondarma soyqırımın abidəsi önünə çimək dəstələri qoyması da onu göstərir ki, bu adamlar yaratdıqları qarşıdurmanı de-fakto separatizmdən, de-yure separatizmə çevirmək istəyirlər. Bütün bunlar çox biabırçı vəziyyətdir. Azərbaycanın bunun əlaqədar ciddi etirazlarını gözləyirəm. Bununla bağlı eyni zamanda beynəlxalq təşkilatlara da şikayət etmək lazım gəlir”. Qeyd edək ki, Yerevanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zoqrab Mnatsakanyanla birgə brifinqdə deyib ki, Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma imzalana bilməz: “Ermənistan sadəcə bunu imzalamayacaq. Biz də bunu nəzərə alırıq. Danışıqlar prosesinin tərkibini tərəflər özü müəyyən edib. Məsləhətləşmənin ilkin mərhələsində və hərbi əməliyyatların bitməsindən sonrakı danışıqlar prosesində Dağlıq Qarabağ müvafiq razılaşmaların və danışıqların tərəfi idi. Ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və məsələnin ancaq sülh yolu ilə nizamlanması prinsipləri tərəflər arasında müzakirə olunan sənədlərin bütün variantlarında əksini tapıb. Və istənilən halda yekun həll bütün bu prinsipləri nəzərə almalıdır. Bununla nə Yerevan, nə Bakı mübahisə edir. Amma sonrası diplomatiya sənətidir. İstənilən razılaşma, xüsusən də belə mürəkkəb məsələ ilə bağlı,-kompromislərdir. Və biz həmsədrlər çalışırıq ki, kompromis dürüst olsun, maraqların real və ədalətli balansını əks etdirsin”.