“PYD/YPG ABŞ-ın dostu deyil...” - Türkiyənin ABŞ səfiri Vaşinqtonda AÇIQLAMA VERDİ: “ABŞ-ın PYD/YPG ilə əməkdaşlıq etməsi böyük bir səhv idi”

Baxış sayı:
6351

Muxalifet.az Milliyet.com-a istinadən xəbər verir ki, Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç, "PYD/YPG-yə ABŞ-in dostu deyirlər, halbuki onlar ABŞ-in dostu deyil. Bunlar ABŞ-ın dəstəyini Suriyada Marksist bir dövlət qurmaq üçün istifadə edən bir qrupdur. Bizim isə əsas məqsədimiz Suriyanın ərazi bütövlüyünün və siyasi birliyin təmin olunmasıdır", - deyə çıxış edib.
Səfir bu sözləri Amerikanın PBS kanalında yayımlanan “News Hour” proqramında dilə gətirib və Türkiyə ilə ABŞ arasında Suriyanın şimal bölgəsinə dair əldə olunan razılaşmaya aid sualları cavablayıb.
ABŞ  senatorları Respublikaçı Lindsey Graham və Demokrat Partiyasından Chris Van Hollenın Türkiyəni hədəf alan sanksiya layihəsi barədə suala cavab verən Kılıç, "Lindsey Graham və Chris Van Hollen kimi səlahiyyətli senatorların verdiyi mesaj, açıq  söyləsək, Türk insanının duyğularını incidib", - deyib.
ABŞ-ın İŞİD-lə mübarizə üçün ən əsas da PYD/YPG ilə əməkdaşlıq etməsinin böyük bir səhv olmasını vurğulayan Kılıç, "Bir terrorçu təşkilata qarşı digər bir terrorçu təşkilatdan istifadə edərək, ortaya uğurlu bir iş qoya bilməzsiniz", - deyə bəyan edib.
ABŞ Konqresindeki anti-Türkiyə ab-havasının kədərli olduğunu vurgulayan səfir belə deyib: "Prezident Tramp Türkiyənin bu əməliyyatı dayandırmayacağını gördü və iki ölkə arasında  arzuolunmaz münaqişənin meydana gəlməməsi üçün öz qoşunlarını (ABŞ) geri çəkmək qərarı verdi”.
“Məktuba cavabımızı Suriyada verdik”
Trampın 9 oktyabrda prezident Ərdoğana göndərdiyi məktubla bağlı suala Kılıç, "Ümid edirəm ki, tarix bu məktubu qeyd etməz. Bu məktub gərək əvvəlcədən göndərilməyəydi. Çünki bütün diplomatik qaydalardan kənar bir məktub idi və onun məğzində etik qaydalar heçə sayılmışdı. Bu məktubu tamamən rədd edirəm və ona cavabımızı Suriyada verdik", - sözlərini işlədib.
Daha sona səfir prezident Ərdoğanın adı çəkilən məktubu  "keçərsiz" və "yox" saydığını bildirib.
"Bunun sonunda Suriya xalqı qazansın, biz bunu istəyirik. ABŞ-ın güvənli bölgə məsələsində bizimlə əməkdaşlıq etməsini istəyirik. Beynəlxalq birliyin dəstəyini gözləyirik. Hələ də 3,5 milyon suriyalı qaçqına evsahibliyi edirik, ancaq bunun yükünü tək başımıza çəkməyimiz mümkün deyil", - Kılıç çıxışına yekun vurub.

Muxalifet.az