PYD terrorçuları meydan oxuyur

ABŞ Rakka əməliyyatından sonra Türkiyə ilə razılaşa bilər.
 
 “Sputnik” xəbər verir ki, bu sözləri PYD lideri Saleh Müslim deyib.
“ABŞ-la siyasi sahədə hər hansı müqaviləmiz yoxdur. Biz İŞİD-lə mübarizədə beynəlxalq koalisiya ilə birlikdə hərəkət edirik. Federal Suriya üçün bizim ciddi layihələrimiz var. Kim kiminlə razılaşır, bizim üçün əhəmiyyətli deyil. Hər zaman özümüzü qoruya bilərik”, - deyə o bildirib.