PYD-li terrorçunun ETİRAF GÜNDƏLİYİ

Baxış sayı:
3793

“Zeytun Budağı” hərəkatında ələ keçirilən 18 yaşlı bir terrorçunun gündəliyi, terror təşkilatı PYD-nin zalım üzünü ortaya qoyub.
 
“Zeytun Budağı” hərəkatı PYD-PKK-dan təmizlənən ərazilərdə terrorçulara aid minlərlə sənəd və material ələ keçirilib. PYD/YPG-PKK-nın Afrində uşaqları zorla ailələrindən ayıraraq silah altına aldığı, ələ keçirilən sənədlərdə də əks olunub.
 
ZORLA SİLAH ALTINA ALINAN UŞAQLAR
 
10 ilə 15 yaşları arasında uşaqların düşərgələrə alınaraq silah təlimləri verildiyini göstərən fotolar əldə olunub. Təşkilatın zorla silah altına aldığı uşaqların gündəliklərində isə terror təşkilatının içində olduğu vəziyyət nümayiş etdirilib.
 
HƏYATIM MƏHV OLDU
 
Təşkilatın zorla silah altına aldığı Abdu Osman adlı uşağa aid gündəlikdə təşkilata üsyan etdiyi görünür. Abdu Osmanın gündəliyindən bir hissəni təqdim edirik:
"18 yaşındayam, ətrafımda nələr baş verir, anlamıram. Niyə geriyə doğru gedirəm kimi hiss edirəm, başa düşmürəm. Səbəb həyatım darmadağın oldu? Mənə nə olub ki? Həyatım məhv oldu. Ağlayıram, bağırıram qəlbimdən. Ölüm mənim üçün bir qurtuluş kimi vardır, bilmirəm. Mən ölsəm də bu sıxıntı heç vaxt bitməyəcək. Burada məni nə heç kəs anlayır, nə də qulaq asır. Mənim böyük bir ailəm var. Həyatım məhv oldu, indi həll ölüm deyil də, nədir? Evlənərdim, onu da əlimdən aldılar. Həyatım çox pisdir".
Terror təşkilatının silah altına aldığı adamların 10 faizinin, 18 yaşa qədər uşaqlardan ibarət olduğu kəşfiyyat hesabatlarına da əks olunub.
Müxalifət.az