PYD-li terrorçular ƏHALIYƏ İCAZƏ VERMİR

Baxış sayı:
4774

Suriya Kürd Milli Şurası, terror təşkilatı PYD/PKK-nın vətəndaşların Afrindəki evlərinə qayıtmasına icazə vermədiyini, qayıtmaq istəyənləri də xain elan etdiyini bildirib.
 
Suriya Kürd Milli Şurası (ENKS) üzvü Nuri Brimo, "Afrindən çıxmaq istəyənləri xain adlandırırdılar, indi isə Afrinə evlərinə dönmək istəyənlərə xain deyirlər" deyib.
Brimo, İraq Kürd Regional Rəhbərliyinin (IKBY) Ərbil şəhərindəki ENKS bürosunda keçirdiyi mətbuat konfransında PYD/PKK-nın Suriyanın şimalındakı hüquq pozuntuları və Afrinin vəziyyəti haqqında bəyanatlar verib.
Bəşşar Əsəd rejimindən Suriyanın şimalını 2011-ci ildə bir güllə belə atmadan dövr alan təşkilatın, son 7 il içərisində əlində tutduğu əraziləri adətən bir zindana çevirdiyini dilə gətirən Brimo, PYD-nin bu müddət ərzində ENKS üzvlərinə hücum edib, siyasi həyatı dözülməz hala gətirdiyini ifadə edib.
Türkiyədə xalqın terror təşkilatı PKK-ya qulaq asmadığını, artıq təşkilatın simvollarını heç bir yerlərə asmadığını deyən Brimo, "PYD qalxıb Türkiyə sərhədi üzərindəki Afrinin bütün dağlarına Öcalanın portretlərini asmaqla, təxribat etdi" deyib.
 Türk Silahlı Qüvvələrinin Afrində “Zeytun Budağı” Hərəkatını başladığı zaman təşkilatın əhalinin rayondan çəkilməsinə icazə vermədiyini xatırladan Brimo," Afrindən çıxmaq istəyənləri xain deyə ittiham edirdilər. İndi isə Afrinə evlərinə dönmək istəyənlərə xain deyirlər" deyə bildirib.
PYD/PKK-nın, Türkiyənin Afrində demoqrafik quruluşu dəyişdirməyə çalışdığı böyük yalanına da toxunan Brimo, "PYD-nin özü əhalinin Afrindəki evlərinə qayıtmasına icazə vermir. Yəni yalan deyirlər" deyib.
Son olaraq Brimo, təşkilatın Suriyanın şimalında qurduğu qaranlıq zindanlarda ENKS məhbuslarını Hələbdə Əsəd rejiminə təslim etdiyini qeyd edib.
Müxalifət.az