​Pxenyanın raket sınağının əsl məqsədi budur - Kosaçev

Baxış sayı:
7309

Şimali Koreyanın yeni qısa mənzilli raketlərini sınaqdan keçirməsi açıq bir siqnaldır.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev Feysbuk səhifəsində yazıb. O, Pxenyanın raket sınaqları keçirməsinin hərbidən çox siyasi xarakterli olduğunu bildirib:
“Pxenyan onunla birbaşa uzlaşma yolları axtarılmasını, təzyiq və təhdidin seçim variantı olmadığını göstərir”.
Qeyd edək ki, bundan əvvəl Şimali Koreya yeni qısa mənzilli raketini sınaqdan keçirib. Cənubi Koreya Pxenyanın raket sınaqlarından narahat olduğunu bildirib və Pxenyana Koreya yarımadasında hərbi gərginliyi artıracaq hərəkətləri sonlandırmaq barədə çağırış edib.