​Pxenyanın imtinası ilə bağlı Trampdan açıqlama

Baxış sayı:
5878

Pxenyandan iyunun 12-də Sinqapurda keçirilməsi nəzərdə tutulan ABŞ-Şimali Koreya sammitinin ləğv edilməsi ilə bağlı hər hansı məlumat almamışıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Qeyd edək ki, Şimali Koreya Cənubi Koreya ilə mayın 16-na təyin edilmiş yüksək səviyyəli danışıqlardan imtina edib. Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib. Səbəb isə aprelin 15-dən başlayan ABŞ və Cənubi Koreyanın birgə dəniz təlimlərinin hələ də davam etməsidir.