Pxenyanın ballistik nüvə raketi 2018-də hazır olacaq

Şimali Koreya 2018-ci ildə artıq nüvə başlıqlı daşıyıcı raketlərə malik olacaq. 
Bu barədə Cənubi Koreyanın Milli Birlik məsələləri üzrə naziri Ço Myon Qun danışıb. 
“Yüksək ehtimalla Pxenyan nüvə silahının yaradılması məqsədinə gələn il nail olacaq. Şimali Koreya nüvə silahlarını sağ qalmaq vasitəsi olaraq görür və buna görə də könüllü olaraq ondan imtina etməyəcək”, - nazir bildirib. 
Qeyd edək ki, Şimali Koreya sanksiya və qətnamələrə məhəl qoymayaraq raket sınaqlarını davam etdirir.