Pxenyan üçün ölüm-qalım məsələsi - NÜVƏ SİLAHI

Şimali Koreyanın müdafiə olunmaq üçün nüvə silahına ehtiyacı var. 
Bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyindən informasiya yayılıb. 
“Şimali Koreyanın nüvə silahına malik olması “ölüm, ya qalım” məsələsidir”, - XİN-in bəyanatında deyilir. 
Qeyd edək ki, bir qədər əvvəl Şimali Koreyanın 2018-ci ilin sonunda nüvə silahına malik olacağı barədə informasiya yayılmışdı.