​Putinlə Ruhani razılaşmasa, Türkiyə... - Orxan

Baxış sayı:
3190

Putin və Ruhaninin görüşündə yəqin ki, Türkiyənin də qayğılarını nəzərə alacaq bir müqavilə imzalanar.
Muxalifet.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Ortun Orxan bildirib.
"Əgər Ruhani ilə Putin Tehranda razılığa gəlməsə, Astana və Soçi prosesi dağılmaq riski ilə qarşı-qarşıya qalacaq. Bu üç ölkənin Suriya məsələsində bir-birinə olan ehtiyacı getdikcə azalır. Bu da Astana prosesinin əsasını bir qədər zəiflədir. Tam da ehtiyacların azaldığı bu dövrdə İdlib kimi çox ciddi bir məsələ gəlir. Ancaq İdliblə bağlı müəyyən razılığın olacağını ehtimal edirəm. Çünki tərəflər arasında əməkdaşlıqla bağlı ehtiyac azalsa da, həm Rusiyanın Türkiyəyə olan ehtiyacı, həm də Türkiyənin Rusiyaya olan ehtiyacı bir məcrada davam edəcək. Bundan başqa, tərəflərin əməkdaşlıq sahələri Suriya ilə məhdud deyil, bu ortaq maraq və əməkdaşlıq bir çox sahədə var", - Orxan vurğulayıb.
Qeyd edək ki, bu həftə Tehranda Rusiya lideri Vladimir Putin ilə İran Prezidenti Həsən Ruhani arasında görüş keçiriləcək.