Putinlə Paşinyan görüşür: qapalı müzakirələr - VİDEO

Baxış sayı:
6274

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın yeni baş naziri Nikol Paşinyan Soçidə görüşüb.
Muxalifət.az xəbər verir ki, görüşün başlanğıcında Putin Rusiyanın Ermənistanı regionda yaxın tərəfdaş və müttəfiq hesab etdiyini vurğulayıb.
O, Paşinyanı baş nazir seçilməsi münasibətilə yenidən təbrik edib.
“Ümid edirəm ki, münasibətlərimiz bundan sonra daha da yaxşı inkişaf edəcək”, - deyə Putin bildirib.
Paşinyan isə qeyd edib ki, heç kim İrəvan və Moskva arasındakı münasibətləri şübhə altına qoymayacaq.
“Ermənistanın və Rusiyanın strateji əməkdaşlığı müzakirə mövzusu deyil”, - deyə o bildirib.
Paşinyan Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
İki ölkənin lideri mətbuata bəyanatlardan sonra qapalı müzakirələr aparacaq./Publika/