“Putinlə mümkün olan hər şeyi etdik“ - ZELENSKİ

Baxış sayı:
405

Putinlə əldə etdiyimiz razılaşma yerinə yetirildi.

Yerli media xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski sentyabrın 7-də rusiyalı həmkarı ilə aralarında telefon danışığının baş tutduğunu bildirib.

“Biz Rusiya prezidenti ilə mümkün olan hər şeyi etdik”, - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, bu gün Moskva ilə Kiyev arasında razılaşma çərçivəsində Ukraynada azad olunmuş 33 nəfər artıq Moskvaya gedib.