PUTİNLƏ LUKAŞENKO RAZILAŞDI - Rusiya və Belarus birləşir

Baxış sayı:
9460

Rusiya və Belarus ortaq hökumət və parlament yaradacaq.
Muxalifet.az
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin və Belarusun dövlət başçısı Aleksandr Lukaşenko razılığa gəlib.
Bildirilir ki, razılaşma 2021-ci ilin yanvarından etibarən iki ölkənin iqtisadi sistemlərinin qismən birləşdirilməsini nəzərdə tutur.
Ortaq hökumət və parlamentin işi hər iki ölkənin müstəqilliyini qorumaqla, müəyyən idarəetmə funksiyalarının məcburi şəkildə yerinə yetirilməsindən ibarət olacaq.
Qeyd edək ki, Rusiya və Belarus arasında 1999-cu ildə Birlik Dövləti haqqında sənəd imzalanıb. Aleksandr Lukaşenko və Rusiya Federasiyasının sabiq prezidenti Boris Yeltsinin imza atdığı sənəd vahid Ali Dövlət Şurası, parlament, Nazirlər Şurası, məhkəmə və Birlik Dövlətinin Hesablama Palatası, vahid vergi qanunvericiliyinə keçid, vahid neft, qaz və elektrik bazarlarının yaradılmasını da ehtiva edir.