“Putinlə görüşü səbirsizliklə gözləyirəm” - Tramp

Amerika lideri Donald Tramp rusiyalı həmkarı ilə görüş barədə danışıb.
 
Rusiya KİV xəbər verir ki, Tramp Vladimir Putinlə görüş gününü səbirsizliklə gözlədiyini deyib. O, bu barədə öz tvitter hesabında yazıb:
“Mən dünya liderləri ilə eyni zamanda, Vladimir Putinlə görüşü səbirsizliklə gözləyirəm. Müzakirə ediləcək mövzular çoxdur”.
Xatırladaq ki, Rusiya və ABŞ lideri “G 20” Sammiti çərçivəsində görüşəcək.