Putinin şəxsi aşpazının çirkli işləri üzə çıxdı – ERMƏNİSTANDA PUL YUYURMUŞ - VİDEO

Putinin şəxsi aşbazı öz çirkli pullarını gətirib Ermənistanda yuyur.
 
Bu barədə erməni ekspert Ruben Meqrabyan Ermənistan hakimiyyətinin rusiyayönümlü siyasətini tənqid edərkən deyib. Onun sözlərinə görə, İrəvandakı hakimiyyət Moskvaya sitayiş edir: “Çünki bu hakimiyyətin qalmasını ruslar təmin edir və bu təminat nə qədər davam edəcəksə, sitayiş də o qədər olacaq”.
Erməni ekspert hakimiyyətin Ermənistana qoyulan Rusiya investisiyaları haqda dediklərini də tənqid edib.
“Halbuki bunu investisiya adlandırmaq olmaz. Onlar çirkli pulları gətirib burada yuyurlar. Putinin şəxsi aşpazı Erebuni hərbi bazasının ərazisində öz firmasını açıb, istədiyi kimi davranır. Budur Rusiya investisiyaları?” - deyə o bildirib.
Ermənistanda Rusiyaya məxsus “Eribuni” hərbi bazasında firma açan Putinin şəxsi aşpazı Yevgeni Priqojinanın pul oğurladığı iddia edilir.
“Navalnı” saytı Yevgeni Priqojinanın Rusiya Müdafiə Nazirliyinin məmurları ilə əlbir olaraq, rus hərbçilərinin qidalanması ilə bağlı elan olunan tenderi udduğunu və külli miqdarda pul “yediyini” yazıb.
“Putinin şəxsi aşpazına məxsus “Priqojinım” firması və bu firmanın qolu olan “Spesresurs” şirkəti tenderləri udub. Ümumilikdə isə 23 miyard rubl pul mənimsəyib”, - deyə sayt yazıb.
Sayt bununla bağlı fakt kimi sənədin sürətini təqdim edib və videosüjet hazırlayıb.