Putinin sinif rəhbəri onu DÜNYAYA BİABIR ETDİ: “Ku–ku, bu mənəm” - FOTO

Baxış sayı:
9127

Rusiya prezidenti Vladimir Putinin sinif rəhbəri olmuş Vera Qureviç onunla bağlı maraqlı məqamlardan söz açıb.
Muxalifet.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Qureviç Putinə 5-ci sinifdən 8-ci sinfə qədər Leninqraddakı 193 nömrəli məktəbdə dərs deyib.
Müəllimə müsahibəsində keçmiş şagirdinin təhsildəki uğurlarından və məktəbdəki nadincliyindən bəhs edib: "O, dərslərdən qaçıb, digər sinif otaqlarının qapısını açıb "Ku–ku, bu mənəm” deyirdi. Onun belə dəcəl olmasına səbəb isə içindəki enerji idi”.
Sinif rəhbəri daha sonra Putinin universitetə daxil olmasından danışıb. Bildirib ki, Putin universitetə qəbul olmağı qarşısına məqsəd qoymuşdu.
"Bir yerə 30 nəfər namizəd var idi. Ancaq Putin fənlərdən "5" almağı bacardı. Yalnız inşa yazısından "4" aldı. Beləliklə, öz hesabına məqəsdinə çatdı". 
V.Qureviç qeyd edib ki, hazırda prezident olan Putinlə hələ də yaxşı dost münasibətindədir: "Biz bu günə qədər Vladimir Vladimiroviç ilə dostuq edirik. Bir birimizə mənəvi baxımdan qayğı göstəririk”.