Putinin seçki strategiyaları: Çeçenistan qırğını, oliqarx ovu və ... xaricdə məşhurlaşmış Navalnı qarşısında xof – Təhlil

Baxış sayı:
695

2018-ci il martın 18-də Rusiyada yeni prezident seçilərkən bu, çox böyük ehtimalla, köhnə prezident olacaq. İctimai rəyin öyrənilməsi üzrə müstəqil Levada-Mərkəz institutunun sorğusuna əsasən, Putininn populyarlığı 80%-dən yuxarıdır. Seçkilər bu gün olsaydı, onda seçicilərin 60%-dən çoxu Putinə səs verərdi və bununla da ikinci yeri tutan namizədinkindən, haradasa, 50% çox olardı.
Bu, ölkənin yüksək dövlət postu uğrunda Putinin dördüncü seçkiqabağı mübarizəsidir və yenə də bütün çarələri işə salmalıdır. Heç kimin şübhəsi yoxdur ki, Putin prezident seçkiərini udacaq. Lakin böyük sual bundan ibarətdir ki, necə udacaq. Rusiya prezidenti kmi Putinin, ehtimal ki, sonuncu müddətinə necə gedəcəyi seçkilərin qüsursuz və arzulanan nəticələrindən asılıdır.
 “Bild” buna görə də Putinin seçkiqabağı kampaniyasını araşdırıb və strategiyasını sənədləşdirib!
 
2000: naməlum siyasətçidən prezidentədək
 
31 dekabr 1999-cu il. Milyonlarla rusiyalı televizorun yanında əyləşib və sevilməyən prezident Boris Yeltsinin Yeni il müraciətini gözləyir. Arxada çox ağır onillik qalıb: SSRİ, yoxsulluq, hiperinflyasiya.
Alkoqol düşgünü xəstə Yeltsin insanlara xoşbəxt və hər şeydən qabaq, ən yaxşı yeni il arzulamaq üçün kameralar qarşısında çıxış edir. Sonrası – qalmaqal: prezident öz istefası haqda bildirir. Onun varisi dərhal işi qəbul edir. Bu, az tanınmış, cəmi 47 yaşı olan baş nazir Vladimir Putindir.
Putin 1999-cu ilin avqustundan baş nazir olsa da, bu gözə çarpmayan adamı rusların, demək olar, heç biri tanımırdı. Onun dəstəyi 30% dəyərləndirilirdi. Lakin Kreml elitası ənənəvi seçkiqabağı kampaniyalarıyla ümumi heç nəyi olmayan kampaniya vasitəsilə onu 2000-ci ilin mart seçkilərində növbəti prezident etmək istəyir. Putin siyasi debatlardan imtina edir və ictimai nitqlərlə çıxş etmir. Əvəzində o və namizədliyini irəli sürən adamlar dövlət KİV-lərinin gücü və sərt rəhbər imicinə bel bağlayırlar.
Putin baş nazir vəzifəsinə başlayandan dərhal sonra Rusiya qoşunlarını Çeçenistan Respublikasına göndərib. Bu, Moskvada yaşayış binalarındakı heç vaxt üstü açılmamış və Kremli indiyə qədər əsəbiləşməyə məcbur edən müəmmalı partlayışlara reaksiya idi (Rusiya və Qərbin bir sıra qaynaqlarının yazdığına görə, bu partlayışları Vladimir Putinin əvvəllər başçılıq etdiyi FTX təşkil edib-tərc.).
Gərəkli imicin yaradılması üzrə dövlət KİV-lərində təşkil olunan kampaniya öz bəhrəsini gətirib: ciddi, çalışqan və çox bacarıqlı adam kimi təqdim edilən Putin 53%-dən yuxarı səs nəticəsində seçkiləri udub.
 
2004: oliqarxlarla savaş
 
Prezident Putin seçkilərə yalnız bir ay qalanda öz proqramını elan edib. Onun seçkiqabağı ən önəmli vədi – “milli resursların israf edilməsi” və “ondan istifadənin nizama salınması” idi.
  
Məhbus oliqarx Mixail Xodorkovski məhkəmə zalında
Başqa sözlə, neft və qaz konsernlərini oliqarxların əlindən alıb xalqa qaytarmaq idi. Bu şüar, ən azı, belə səslənir. Təsadüfi deyil ki, Kreml rəhbəri bundan cəmi bir il qabaq Rusiyanın ən qüdrətli oliqarxını – energetika sahəsində iş adamı Mixail Xodorkovskini həbs və mühakimə etməyi əmr etmişdi. O bildirib ki, istismarçı milyarderlərin hakimiyyətini zəiflətmək və dövləti möhkəmləndirmək istəyir. Əslində isə, oliqarxların tərkibini dəyişdirib: düşmənləri mühacirətə məcbur edib, etibar etdiyi şəxsləri isə hakimiyyətə gətirib. Elitalar Putinin dövlət konserlərində də siyasətlə məşğul olmağa başlamayınca varlanıb. Putin dövlət KİV-lərinin yardımıyla özünə oliqarxlarla mübariz imici yaratmağa nail olub. Kreml yalnız bir şeydən ehtiyat edib – seçkilərdə iştirakın az olmasından. Bu, gənc prezidenti namünasib boyada göstərərdi.
Ölkənin ayrı-ayrı uzaq respublikaları seçkilər günü 90%-dən yuxarı iştirak sərgiləyib və bunun 90%-dən çoxu Putinə səs verib. Fəaliyyətdəki prezidentin, demək olar, 71% səs alması az adamı təəccübləndirib.
 
2012: qayıdış
 
Putin dörd il prezident olmayıb, amma media və siyasi fəaliyyət siması kimi həmişə mövcud olub. Dmitri Medvedyev keçid prezidenti kimi daha liberal xətt tutduğu halda Putin Konstitusiyanı dəyişdirib və növbəti prezidentin vəzifədə olma müddətini altı ilədək uzadıb.
 
Dmitri Medvedyev və Vladimir Putin
Putinin təyin edilməsi gözlənilməz hadisələrsiz keçib. Medvedyev özündən keçməklə sələfini varis kimi təqdim edib və onun seçkiqabağı kampaniyasını dəstəkləyib. Putin bu dəfə özünü göstərib!
O, yüz minlərlə rusiyalı qabağında təmtəraqlı çıxışlarla Vətənə sevgi və Rusiyanın daxili işlərinə qarışan xarici dövlətlərə qarşı mübarizəyə çağırır. Əvvəlki il parlament seçkilərinin saxtalaşdırılması və getdikcə daha çox qəbul edilən müxalifət nəzərdə tutulub. Kreml müqavimət kimi seçkilərə qədər guya müstəqil, amma heç bir şansı olmayan, demokratik seçkilər görüntüsü təmin etməli olan iki namizədi irəli buraxıb. Onlar daha bir məqsədə xidmət ediblər: Kreml ümid edib ki, seçkiqabağı mübarizəyə yeni axın əlavə edəcək və seçicilərin fəallığını yüksəldəcək.
Nəticə: Putin seçkilərdə 65%-ə yaxın seçicinin iştirakıyla səslərin, demək olar, 64%-i alıb.
 
 
2018: cüzi iştirak təhlükəsi?
 
Aleksey Navalnı məhkəmə zalında
2018-ci ilin mart seçkiləri də Putinin qarşısına tamamilə yeni çağırışlar qoyacaq. Seçki komissiyası Navalnının namizədliyini irəli sürmək hüququnu rədd edəndən sonra onun ən amansız tənqidçisi seçkiləri boykota çağırıb. Navalnının kampaniyası uğurlu olarsa, seçicilərin iştirakını önəmli şəkildə azaldacaq.
Eyni zamanda Putin xaricdə məşhurlaşmış fəala qarşı sərt çıxışdan qorxur. Yayda Rusiyada futbol üzrə dünya çempionatı baş tutacaq və Putin, nəyin bahasına olur-olsun, onu uğurla keçirmək istəyir.
Təkcə bir şey aydındır: Kremldə Putinin strateqləri plan üzərində artıq çoxdan işləyirlər…
Tərcümə Strateq.az-ındır.