​Putinin rəqiblərindən biri də Gennadi Züqanov olacaq

Gələn il Rusiyada keçiriləcək prezident seçkilərində Putinin rəqiblərindən biri də RF Kommunist Partiyasının sədri Gennadi Züqanov olacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə partiya sədri özü məlumat verib. Onun sözlərinə görə, bütün partiya üzvləri gələn il keçiriləcək prezident seçkilərində yekdil olaraq onun namizədliyini irəli sürüblər.
“Biz 2018-ci il prezident seçkilərinə çox məsuliyyətlə və cidid şəkildə hazırlaşırıq. Bunun üçün ümumi proqramımız da var. “Gələcək həyat üçün 10 addım” adlı proqramda Rusiyanın gələcək inkişafı üçün nəzərdə tutulan hər şey nəzərdə tutulub. Bu proqramın həyata keçirilməsi üçün güclü komanda da var. Mən hərəkatın lideriyəm. Namizədliyim bütün kollektiv tərəfindən irəli sürülüb”, - deyə G.Züqanov bildirib.
Onun sözlərinə görə, partiyanın qurultayı dekabr ayına planlaşdırılır. Bu 2018-ci il prezident seçkilərinə həsr olunacaq və partiyanın yekdil namizədi məlum olacaq. Bundan sonra seçki kampaniyası başlayacaq.
Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək. Seçki kampaniyası dekabr ayında başlamalıdır.