Putinin qalib gəlməsi Türkiyə üçün sürpriz...

Baxış sayı:
814

Türkiyə üçün güzəştverici bir vəziyyətdir, yeni vəziyyət sürpriz bir durum deyil, məncə, çox yaxşıdır.
Muxalifet.az  xəbər verir ki, bu sözləri türkiyəli siyasi şərhçi Toğrul İsmayıl Rusiyada keçirilən prezident seçkilərində Putinin qalib gəlməsindən danışarkən deyib.
Seçkilərdə Putindən daha güclü namizədin olmadığını deyən İsmayıl Türkiyə-Rusiya münasibətlərinə toxunub: "Vladimir Putinin yenidən prezident seçilməsi istər Rusiyada, istərsə də digər bölgələrdə apardığı siyasətdə bir növ davamlılıq olduğunun göstəricisidir. Ərdoğanla da Putin arasında dialoq uğurlu olur. Amma burada təbii ki, Rusiya xalqının seçimi əhəmiyyətlidir və buna hörmət etməyimiz lazımdır. Rusiya xalqı da Putinin yenidən seçilməsinə qərar verib, hörmət edirik".