​Putinin prezident dostunun vəzifəsi əlindən alındı – ÇEVRİLİŞ

Moldova parlamentinin spikeri Andrian Kandu Prezident İqor Dodonun yerinə dövlət başçısı vəzifəsini icra edəcək.
Bu barədə Moldova parlamenti rəhbərinin mətbuat xidməti informasiya yayıb.
Məlumata görə, Prezident Administrasiyasından bütün lazımı sənədlər parlamentə göndəriləcəyi halda spiker həmçinin yeni müdafiə naziri kimi Yevgeni Sturzanı təyin edəcək.
Qeyd edək ki, Moldovanın Konstitusiya məhkəməsi ölkə başçısı İqor Dodonun “müvəqqəti olaraq səlahiyyətlərindən istifadə edə bilməmək vəziyyətində” olduğunu bildirib və onun səlahiyyətlərinin icrası üçün baş nazir və ya parlamentin sədrinə icazə verib.