Putinin övündüyü RAKET UĞURSUZ OLDU

Baxış sayı:
7960

Son dövrdə Qərb ilə gərginləşən əlaqələri ilə birlikdə hərbi xərclərini artıran Rusiya, artan büdcənin də təsiri ilə yeni nəsil silahlarının inkişaf etdirmə işlərinə də sürət verib. Rusiyanın “sonsuz mənzilli” raketi test yoxlanışında uğursuz olub.
 
Rusiya prezidenti Vladimir Putin ötən aylarda yeni bir silahlanma yarışının siqnallarını vermiş, dünyanın hər bir yerini vura biləcək yeni qitələrarası nüvə raket istehsal etdiklərini açıqlamışdı.
İngilis mətbuatının adını açıqlamaq istəməyən mənbələrə əsaslandırdığı xəbərə görə, Putinin adi müharibədə düşmənlərə qarşı böyük bir üstünlük təmin etmələrinə səbəb olacaq yeni səsdən sürətli raketlər 2020-ci ildə dövriyyəyə girəcək.
Ancaq görünən odur ki, sözügedən raket bu tarixdə istifadəyə girməyə də bilər. Çünki “sonsuz mənzilli” raket olaraq adlandırılan yeni silah test mərhələsində uğursuz olub.
ABŞ kəşfiyyat mənbələrinə görə, 4 sınağın hamısında uğursuz olan raket 35 kilometr uçduqdan sonar yerə düşüb.
Müxalifət.az