​Putinin nümayəndəsi: Onlar bunu bilirlər, lakin demirlər...

Baxış sayı:
4879

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) və beynəlxalq ekspertlər Rusiyanın Saratov bölgəsində kimyəvi silah istehsal edilmədiyini bilsə də, iddialar qarşısında səssiz qalırlar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin Privojsk Federal dairəsi üzrə nümayəndəsi Mixail Babiç deyib.
Qeyd edək ki, “Tayms” qəzeti Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və qızının zəhərlənməsində istifadə edilən “Noviçok” adlı maddənin Saratov vilayətinin Şixanı şəhərində yerləşən hərbi tədqiqat bazasında hazırlandığını iddia etmişdi.